DünyaİranXƏBƏRLƏR

İran Parlamenti yeni nazirə etimad rəyi verdi

Məhəmməd Həsən Nami İran İslam Şurası Məclisinin etimadını əldə edərək, İranın yeni rabitə və informasiya texnologiyaları naziri oldu.
İran Parlamentinin açıq iclasında prezidentin rabitə və informasiya texnologiyaları naziri vəzifəsi üçün namizədliyi irəli sürülən Məhəmməd Həsən Naminin müdafiəsində etdiyi çıxışının ardınca müxalif və tərəfdar nümayəndələrin çıxışları dinlənilib. Sonda səsvermə keçirilib. Səsvermədə 243 millət vəkili iştirak edib. Məhəmməd Həsən Nami 177 lehinə səslə Parlamentin etimad rəyini əldə etməyə nail olub.

İran prezidentinin rabitə və informasiya texnologiyaları naziri vəzifəsinə təklif etdiyi namizədi müdafiəsi

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün səhər Rabitə və İnformasiya Texnologiyaları nazirliyinə rəhbər vəzifəsinə namizədliyini irəli sürdüyü Məhəmməd Həsən Naminin müdafiəsində rabitə və virtual aləmi günün ən mühüm məsələlərindən adlandırıb və deyib: Bu gün rabitə və informasiya texnologiyaları naziri olaraq namizədliyi irəli sürülən şəxs rabitə və virtual aləmlə bağlı güclü mütəxəssis sayılır.

Milli İnternetin Yaradılması

Məhəmməd Həsən Nami də İran Parlamentində etdiyi çıxışı zamanı internet şəbəkəsinin genişləndirilməsini və milli internet şəbəkəsinin yaradılmasını zəruri adlandırıb və ölkədə rəqəmsal fərqin azaldılmasının iş proqramında duracaq əsas məsələlərdən olduğunu bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu