DünyaXƏBƏRLƏR

Almatı müzakirələrinə start verildi

İran və 5+1 Qrupu arasındakı müzakirələrin 8-ci dövrü bir qədər öncə Qazaxıstanın  Almatı şəhərində start götürüb.
Bu gün Almatıda start götürən İran və 5+1 Qrupu arasındakı müzakirələrin 8-ci dövründə İranın müzakirə heyətinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili, 5+1 Qrupunun nümayəndə heyətinə isə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eşton başçılıq edir.
İranın müzakirələrdə iştirak edən nümayəndə heyəti Ali Milli Təhlükəsizlilk Şurasının sədri Səid Cəlili(heyətin sədri), Ali Milli Təhlükəsizlik Şurası katibinin xarici siyasət və beynəlxalq məsələlər üzrə müavini Əli Baqeri, xarici işlər nazirinin müavinləri Əli İraqçı və Mustafa dövlətyar və xarici işlər nazirinin müşaviri Həmidrza Əsgəridən ibarətdir.
5+1 Qrupunun müzakirə heyətinin tərkibinə isə Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eşton(heyətin sədri), Avropa Birliyinin nümayəndəsi Helqa Şmitt, ABŞ dövlət katibinin müavini Vendi Şerman, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, İngiltərənin İrandakı keçmiş səfiri Saymon Gis, Fransa xarici işlər nazirinin müavini Jak Ques Audbert, Almaniya nümayəndə heyətinin sədri Hans Dyater Lukas və Çinin xarici işlər nazirinin müavini Ma Januşu daxildir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Almatı müzakirələrindən öncə deyib: Əgər 5+1 Qrupu Tehran ilə konstruktiv müzakirələrə malik olmaq istəyirsə, İranın nüvə hüququna uyğun və etibarlı bir təklif ilə çıxış etməlidir.
İran və 5+1 Qrupu arasındakı ötən müzakirələr 3 dəcə Cenevrədə, 2 dəfə İstanbulda, bir dəfə Bağdadda və bir dəfə Moskvada olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu