
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov İran və 5+1 Qrupu arasında baş tutan Almatı müzakirələrinin 1-ci etapını konstruktiv adlandırıb.
Rusiyanın Rasha Today xəbər agentliyinə istinadla verdiyi məlumata görə, Sergey Ryabkovun Almatı müzakirələrindən sonra İranın nümayəndə heyəti ilə ikitərəfli görüşü olub. S.Ryabkov Almatı müzakirələrinin 1-ci etapı haqda əlavə açıqlama verməkdən çəkinərək, danışıqların konstruktiv olduğunu bildirməklə kifayətlənib.
İran və 5+1 Qrupu arasındakı 8-ci dövr müzakirələrin 1-ci etapı dünən Qazaxıstanın Almatı şəhərində keçirilib. Müzakirələr bu gün də davam edir.