
AzərbaycanİranXƏBƏRLƏR
Azərbaycan 3 iranlı balıqçını azad etdi
İran İslam Respublikasının Bakıdakı səfirliyinin səyləri nəticəsində ötən ay Azərbaycanın sərhəd qoşunları tərəfindən saxlanılan 3 iranlı balıqçı Astara sərhəd məntəqəsində İran sərhədçilərinə təhvil verilib.
İran səfirliyinin mətbuat attaşesi Seyid Məhəmməd Ayətullahi bu xəbəri təsdiq edərək, bu şəxslərin ötən ay tufan nəticəsində Azərbaycan sularına daxil olduğunu və Azərbaycanın dəniz sərhədçiləri tərəfindən saxlanıldıqlarını bildirib.