Bakıda Ərdəbil ostanı beynəlxalq sərgisinin mühafizə işçisi azad olundu
Təxminən 9 ay öncə Azərbaycan Respublikasında anlaşılmazlıq və yanlışlığa görə həbs olunan Ərdəbil ostanının beynəlxalq sərgi idarəsinin mühafizə işçisi Mikayıl Kazimi Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azad olunub.
Bakı Apelyasiya Məhkəməsi Mikayıl Kaziminin 3,5 illik həbsi ilə bağlı ilk qərarı ləğv etməsi və onun azadlığına qərar çıxarması ilə İran vətəndaşı ölkəsinə dönüb.
Ötən ay İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin MediaForum saytı ilə müsahibədə bu barədə deyib: Mikayıl Kazimi təxminən 8 ay öncə bir heyətlə birlikdə Ərdəbil iqtisadi və ticarət sərgisində iştirak etmək məqsədilə Bakıya səvər edib. O bu heyətdə mühafizəçi kimi olub. İranda mühafizəçilər özləri ilə silah gəzdirə bilərlər və onlar Azərbaycan Respublikası torpağına girişdə öz silahını İran tərəfinə təhvil verib, Mikayıl Kazimi də belə edib. Lakin öz silahının darağını unudub və Azərbaycan sərhədçiləri də onu aşkarlayıblar. Lakin bu bir yanlışlıq olmuşdur.
Mikayıl Kaziminin 3,5 il həbsə məhkum olunması ardınca İran səfirliyi nota təqdim edərək bu cinayət işindən apelyasiya şikayəti etmişdi.