İranın cənubunda Fars ostanının təhlükəsizlik idarəsinin baş direktoru ABŞ, sionist rejim və bəzi region ölkələrinin casusluq qurumlarının nəzarətində mürəkkəb casusluq, terrorçuluq və təxribat şəbəkələrindən birinin bu vilayətin təhlükəsizlik qüvvələri tərəfindən aşkarlanaraq məhv edildiyini bildirib.
İranın cənubunda yerləşən Fars ostanının təhlükəsizlik idarəsinin baş direktoru Kərimi çərşənbə axşamı günü günortadan sonra mətbuat konfransında deyib: Bu casusluq şəbəkəsi seçkilər ərəfəsində xəbis terror hərəkətləri, o cümlədən terror, cümə namazları qılınan məkanlarda bomba quraşdırma, səsvermə məntəqələri və əhalinin toplaşdıqları məkanlara hücumları planlaşdırırmış.
Fars vilayəti təhlükəsizlik idarəsinin baş direktoru əlavə edib: Təhlükəsizlik qüvvələri Avropa ölkələrindən birinin casusluq xidmətinin himayəsi altında olan və bomba quraşdırma və terror aktları törətməyi planlaşdıran ifratçı terrorçu qruplaşmaya bağlı fəal qrupa zərbə vurub.
Kəriminin sözlərinə görə, xarici qruplaşmalar və region ölkələri ilə əlaqədə olan silah-sursatın hazırlanması və paylanması ilə məşğul olan bir mafiyanın aşkarlanması və həbs edilməsi Fars ostanı təhlükəsizlik idarəsinin seçkilər zamanı səylərinin bir hissəsi olmuşdur.
Təhlükəsizlik idarəsinin baş direktoru sonda deyib: Siyasi, ədliyyə, təhlükəsizlik qurumları və hüquq-mühafizə orqanlarının köməyi ilə atılan bu addımlar istənilən təhdid və zərbənin həyata keçirilməsində daxil və xarici fitnəkarların zərərsizləşdirilməsi və acizliyinə səbəb oldu.