Suriyada Azad Ordu adlanan terrorçu qruplaşmaya bağlı olan Əl-Susiyan Briqadasının hərbi komandanı bu ölkənin şimalında iki terrorçu qruplaşma arasında baş vermiş toqquşmalar zamanı öldürülüb.
Azad Orduya bağlı olan Əl-Susiyan adlı briqadanın komandanı Rəəd Əl-Susiyan bu ölkənin Rif-Hələb bölgəsinin Əl-Bab məntəqəsində oğurlanmış malların bölüşdürülməsi üstündə iki terrorçu qruplaşma arasındakı toqquşmalar zamanı öldürülüb.
Başqa tərəfdən Rəsul-Nəvələri adlı korpusun komandanı Həsən Əl-Cərudi Rif-Dəməşqdə yerləşən Qabun məntəqəsində ordu qüvvələri ilə toqquşmalar zamanı öldürüldü. Qeyd edilən korpus da Azad Ordu adlı terrorçu qruplaşmaya bağlı idi.
