İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri ötən 5 ildə İranın virtual aləmdə kibernetik hücumların qarşısını almaqdakı iqtidarının xeyli artdığından xəbər verib.
Məhəmməd Həsən Nami 3-cü Milli Rabitə və İnformasiya Texnologiyaları Festivalında deyib: Hazırkı onilliyin ikinci yarısında virtual aləmdə bir çox kibernetik hücumlarla üzləşmişik. Amma mövcud potensiallar və elmi infrastrukturlar hesabına ölkəmiz üçün heç bir çətinlik yaranmayıb.
Nami İranın Ümumdünya İnformasiya Kollektivi İclasına pak internetin yaradılması ilə bağlı təklifi haqda da deyib: İnternet insan həyatının bütün sahələrində təsirli bir vasitəyə çevrilib və buna görə də onu qeyri-əxlaqi cəhətlərdən təmizləmək lazımdır.
İranın rabitə və informasiya texnologiyaları naziri əlavə edib: Google axtarış motoru kimi bəzi beynəlxalq təşkilatlar inkişaf etməkdə olan ölkələrdə insanların real həyatında ciddi təsirlərə malikdirlər. Buna görə də İran təklif edir ki, bu kimi təşkilatlar gəlir əldə və inkişaf etməkdə olan ölkələrdə özlərinə operator əldə etmək üçün həmin ölkələrə vergi ödəsinlər.