İranın Xarici İşlər Nazirliyinin sözçüsü dönən Livanın paytaxtı Beyrutun Cənubi Zahiyə məntəqəsində baş vermiş terror partlayışına işarə edərək, bu hərəkəti sionist rejim və bu rejimə bağlı olan amillərin nəhs fitnəkarlığı adlandırıb.
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas İraqçı ümid edibdir ki, Livan rəsmiləri və bu ölkənin əlaqədar məsul şəxsləri bu hərəkətin amillərini aşkarlamaqla yanaşı Livanda əmin-amansızlıq, səbatsızlıq və tayfa toqquşmaları törətmək ardınca olan şəxsləri öz hədərlərinə çatmaqda nakam qoyacaqlar və onlarla qətiyyətlə davranacaqlar.
Seyid Abbas İraqçi sonra deyib: Bu cür terrorçu hərəkətlər Livanın əziz xalqı və Müqavimət cərəyanını işğalçı sionist rejimlə mübarizə üzrə özlərinin yüksək hədəflərindən və bu hədəfləri izləməkdən yayındıra bilməyəcək.