İranXƏBƏRLƏR

Amerikanın Dövlət Departamenti cinsi rüsvayçılıqlar haqda nigaranlıq edib

İranın Xəbər Telekanalının verdiyi məlumata görə ötən aylar ərzində cinsi rüsvayçılığın Amerika Ordusunu giriftar etdiyi bir halda hazırda bu ölkənin Dövlət Departamenti, Amerika səfirliklərinin diplomatları və işçilərinin qadınlardan sui-istifadə etmələri və onların pozğun rəftarlarını ört-basdır etməkdə ittiham edilib.

Amerikanın Dövlət Departamentindəki daxili mənbələr bildiriblər ki, bu departamentin bəzi yüksək səviyyəli rəsmilərinin öz nüfuzlarını tətbiq etmələrinə görə, Amerikanın Dövlət Departamentinin rəsmilərinin pozğun rəftarları üzrə neçə təhqiqat işi dayanıbdır.

Son zamanlar Amerika ordusu bu ölkənin hərbi mərkəzlərində qadın hərbçilərə qarşı cinsi zorakılıq və pozğunluq skandalları ilə üzləşibdir.

Qeyri-rəsmi statistikalara əsasən Amerika ordusunda qadınların 20 faizi cinsi sui-istifadəyə məruz qalırlar. Gündəlik olaraq Amerika ordusunda 70 cinsi zorlama və ya sui-istifadə halı baş verir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu