DünyaXƏBƏRLƏR

Kəraçi partlayışlarında 34 nəfər ölüb və yaralanıb

Pakistanın Kəraçi şəhərində 3 partlayış nəticəsində 34 nəfər ölüb və yaralanıb.

Bu partlayışlardan biri Kəraçinin Kaemari məntəqəsində Pakistana sabiq hakim Xalq partiyasının siyasi toplantısında baş verib. Nəticədə ən azı 2 nəfər həlak olub və 14 nəfər də yaralanıb.

Pakistanın daxili mediaları bildiriblər ki, Pakistan Xalq partiyasının sədri Ədnan Bəluç seçki kampaniyası istiqamətində ümumi toplantıda çıxışla məşğul olub. Qəfildən bu bomba dəhşətli səslə partlayıb. Ədnan Bəluç, iki qardaşı və Pakistan Parlamenti seçkiləri üçün digər seçki namizədi bu partlayışda yaralananlar arasındadırlar.

Hələlik heç bir qrup və yaxud hərbi qruplaşma bu hücumun məsuliyyətini üzərinə götürməyib.

Bundan öncə də Pakistanın Kəraçi şəhərinin Ornegi Taun məntəqəsinin Kaloni qəsəbəsində 2 bomba partlayışı baş verib. Nəticədə 3 nəfər həlak olub 15 nəfər də yaralanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu