AzərbaycanXƏBƏRLƏR
İlahiyyatçı Rövşən Əhmədzadə kim tərəfindən həbs edilib?
Rusiyanın Voronej şəhərində həbs edilən azərbaycanlı ilahiyyatçı Rövşən Əhmədzadə, Rusiyada İnterpolun vasitəsilə həbs edilib.
Ruhaninin həbs olma səbəbi onun Azərbaycanda hansısa qadağan olunmuş SD-nin paylanılmasında (hazırlanması, paylanmasına təşkilatçılıq etmə) ittiham olunmasıdır.
İlkin ehtimala görə, SD “Evrovision” ərəfəsində ölkədə paylanılan diskdir.
Qeyd edək ki, Rövşən Əhmədzadə uzun müddət İranın Qum şəhərində yüksək ilahiyyat təhsili alıb, sonra Rusiya və Azərbaycanda təbliğatla məşğul olub.
Rövşən Əhmədzadə Sumqayıtda yaşayır və dindarlar arasında hörmətli ruhani kimi tanınır.