Brayza Mübarəkin taleyini Azərbaycan hökumətinə xatırlatdı
ABŞ-ın Bakıdakı sabiq səfiri və Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza Azərbaycan Respublikası prezidenti İlham Əliyev hökumətini Misirin sabiq diktatoru Hüsnü Mübarəkin taleyinə düçar olmaqdan çəkindirib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza “Vestnik Kafkaza” saytı ilə müsahibədə Cənubi Qafqaz bölgəsindəki cari vəziyyətlə əlaqədar deyib: Azərbaycan hökuməti Misir hadisələrinin təkrarlanmasından qaçmaq üçün mərdlik göstərməli və insan haqlarına riayət etməlidir.
Brayza eyni zamanda Azərbaycan Respublikası hökumətini yayındırmaq və bu ölkə proseslərini ABŞ-ın nəzərdə tutduğu istiqamətə yönəltmək üçün əlavə edib: Qənaətimcə, Cənubi Qafqaz və Xəzəryanı ölkələr Əfqanıstan və İrandan qaynaqlanan islami ifratçılıq qarşısında öz təhlükəsizliyini təmin etmək üçün doğru siyasət yürütməli və ABŞ və NATO ilə əməkdaşlıq etməklə öz iqtisadi inkişafı üçün böyük imkanları əldə edə bilərlər.