İran İslam Respublikası prezidenti yenilikçiliyə və elmi texnologiyaya əsaslanan 3 milli layihənin açılış mərasimində iştirak edib.
“Mövsüm qripinə qarşı vaksinin istehsal elminin əldə edilməsi və istehsal xəttinin istifadəyə verilməsi”, “İdxal olunan 12 növ dərman preparatının əsas fermentlərinin istehsalı texnologiyasının əldə edilməsi və istehsal xəttinin istifadəyə verilməsi” və “Tibb ləvazimatlarının istehsalı texnologiyasının əldə edilməsi və istehsal xəttinin istifadəyə verilməsi” İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın iştirakı ilə istifadəyə verilən 3 milli elmi-texnologiya layihəsi olub.
Bu layihələr Tehranın Pərdis Texnologiyalar Parkında istifadəyə verilib.
M.Əhmədinejad bu layihələrin açılış mərasimində iştirak etdikdən sonra Pərdis Texnologiyalar Parkına baxış keçirib, burada fəaliyyət göstərən elmi mərkəzlərin işləri ilə yaxından tanış olub.