Rusiyanın BMT-dəki nümayəndəsi bildirib: Rusiya, suriyalı üsyançıların martın 19-da Hələbin yaxınlığında Sarin qazından istifadə etmələrini sübut edən faktlara malikdir.
Vitali Çorkin çərşənbə axşamı günü sonra deyib: Rus ekspertlər hücumun baş verdiyi məkandan aldıqları müxtəlif maddələrdən nümunələr üzərində araşdırmalar aparıb, üsyançıların Sarin qazından istifadə etdiklərini göstərən faktlar əldə ediblər. Bu ekspertlər qeyd edilən faktları BMT-nin baş katibinin ixtiyarına veriblər.