DünyaXƏBƏRLƏR

Yadiut Aharnut: Həmasın yeni raketləri Təl-Əvivə çatır

Sionist Yadiut Aharnut qəzeti iddia edib ki, Həmas Təl-Əvivi hədəfə ala biləcək yeni raketləri istehsal edib.

Sionist Yadiut Aharnut qəzeti iddia edib ki, Həmas qrupu orta və uzaq mənzilli raketləri sınaqdan keçirməkdədir.

Bu məlumata görə, bu raketlər M-75 növündəndir və istehsaldan sonra Qəzzə zolağında gizli anbarlarda saxlanılır.

Sionist rejim ordusunun müştərək qərargahının rəisi Beni Qantez bazar ertəsi günü iddia edib ki, Qəzzəyə hakim sabitliyə baxmayaraq, Həmas bu zolaqda raket istehsal etmək və yeraltı tunellər yaratmaqdadır.

Sionist rejim ötən bir neçə həftədə Qəzzə zolağının bölgələrini müqavimət qrupları ilə mübarizə və silah anbarlarını məhv etmək bəhanəsi ilə bir neçə dəfə hücuma məruz qoyub.

Həmasla İsrail rejiminin son qarşıdurması Qəzzəyə qarşı 8 günlük müharibədir. Bu 8 günlük müharibədə müqavimət qüvvələrinin bir neçə raketi Təl-Əvivə də çatdı və bu şəhərdə həyəcan siqnalı bir neçə dəfə çalındı.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu