İlham Əliyev Davos Forumunun Bakıda keçirməsindən razılıq edib
Azərbaycan Respublikası prezidenti “Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” adlı forumun Bakıda keçirilməsi ilə razılaşdıqları üçün Davos İqtisadi Forumunun təşkilatçılarına təşəkkür edib.
Trend-in məlumatına görə, İlham Əliyev forumun əvvəlində çıxış edərək, deyib: Bu forumun keçirilməsi və forumda iqtisadiyyatçılar ilə müzakirələrin aparılması ölkəmizin iqtisadiyyatının daha çeşidli olmasına müsbət təsir göstərmiş olacaq.
İ.Əliyev əlavə edib: Ölkəmizin iqtisadiyyatı daha çox enerji və enerji sahəsinə cəzb edilən xarici sərmayələr baxımından inkişaf edib. Buna görə də hazırda ölkə iqtisadiyyatının çeşidli sahələrdə inkişaf etdirilməsi haqda düşünmək lazımdır. Buna görə isə ölkəmizi dünyaya islahatlara və iqtisadiyyatımızı çeşidli sahələrdə inkişafa açıq bir ölkə kimi tanıtdırmalıyıq.
Bu iki günlük iclasda Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin iqtisadi vəziyyətləri o cümlədən Ermənistanın iqtisadi durumu haqda danışıqlar aparılıb.
Bu forumda iştirak etmək üçün sionist rejimin keçmiş baş naziri İhud Barak da Bakıya səfər edib.
Azərbaycan Respublikasının iri neft və qaz layihələrindən əldə edilən gəlirlər Qərbin iri ticarət təşkilatları və qurumlarının diqqətini Azərbaycana cəlb edib. Amma, ölkə iqtisadiyyatının inkişaf etməsinə baxmayaraq, Azərbaycan Respublikası xalqının böyük hissəsi hələ də öz həyatında müsbətə doğru dəyişikliyin şahidi olmayıb.