AzərbaycanXƏBƏRLƏR
Sionist rejimin AR-dakı səfirliyinin konsulluğu öz normal fəaliyyətini dayandırıb
Sionist rejimin Xarici İşlər Nazirliyinin işçilərinin ümumi aksiyalara başlamalarının ardınca, bu rejimin Azərbaycan Respublikasındakı konsulluğunun fəaliyyəti də dayandırılıb.
Sionist rejimin Azərbaycan Respublikasındakı konsulluğunun işçiləri öz normal fəaliyyətlərini dayandırıblar.
Bu məlumata görə, Qüdsü işğal etmiş rejimin Xarici İşlər Nazirliyinin işçiləri iş şəraitinin yaxşılaşması üçün öz fəaliyyətlərini dayandırıblar və nəticədə bu rejimin dünyadakı bütün səfirlikləri, o cümlədən Bakıdakı səfirliyi konsulluq və viza vermək xidmətlərini dayandırıb.
Sionist rejim Xarici İşlər Nazirliyinin işçiləri təhdid ediblər ki, tələbləri reallaşmayana qədər ölkə rəsmilərinin səfərlərini tənzimləməyəcəklər.