BMT-nin baş katibi Ban Ki Mun və BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Əxzər İbrahimi İran prezidenti ilə görüşüblər.
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eşton və Avropa Şurasının sədri də bundan öncə İran prezidenti ilə görüşüb, danışıqlar aparmışdılar.
BMT-nin rəsmi saytı bildirib ki, Ban Ki Mun Həsən Ruhani ilə görüşdə Suriya məsələsinə toxunub və Suriya məsələsi ilə bağlı beynəlxalq Cenevrə konfransı barədə onu məlumatlandırıb.