DünyaXƏBƏRLƏR

BMT-nin baş katibi Bəhreyndəki toqquşmalardan nigaranlıq edib

BMT-nin baş katibi Bəhreynin təhlükəsizlik qüvvələrinin etirazçılarla toqquşmaları və onların bir qrupunu yaralaması barədəki məlumatlarla bağlı nigaranlıq edib.
Yunayted-Press-in məlumatına görə, Ban Kimoon bu məsələdən təəssüflənərək, bir daha bütün bəhreynli tərəflərdən istəyibdir ki, real bir dialoqun həyata keçirilməsi üçün münasib mühitin yaranması və sülh və sabitliyə çatma, eləcə də Bəhreyn xalqının rifahı və işlərin islahı məqsədi ilə səy göstərsinlər.
Bəhreyn cümə günü iki min on birinci il on dörd fevral xalq qiyamının ildönümü günü ilə bir vaxtda Ali-Xəlifə rejimi müxaliflərinin rəhbərliyi altda geniş aksiyaların şahidi idi.
Bəhreyn rejiminin müxalifləri dövlət başçılarını aksiyaçıları dağıtmaq üçün gücdən istifadə, habelə təzyiq və repressiya tətbiq etməkdə ittiham ediblər.
İki min on birinci ilin fevralında Bəhreyndə geniş aksiyalar və xalq qiyamı başlandı və onda iştirak edənlər siyasi islahatların aparılmasını istədilər.
Bu aksiyalar dövlət tərəfindən yatırdıldı və onun iştirakçılarından bir qrupu hələ də məhbəsdədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu