DünyaXƏBƏRLƏR

İran prezidentinin tanınmış media nümayəndələri ilə görüşü

İran prezidenti cümə axşamı Amerikanın tanınmış media təmsilçiləri ilə görüşüb.

İran heyətinin bu görüşdə iştirakla bağlı dəvətini rəğbətlə qarşılayan ABŞ medialarının təmsilçiləri onları maraqlandıran suallara cavab axtarıblar. İran prezidenti də onların suallarını cavablandırıb.

Nyu-Yorkda, “One” otelinin 2-ci mərtəbəsində baş tutan bu görüşdə iştirak edən bəzi tanınmış media təmsilçiləri bunlardan ibarətdir:

Suzan Gelser, jurnalist və Politiko jurnalının redaktoru

Ben Şervud və Dayan Savser, ABC Nyus telekanalının müdiri və aparıcısı

Mit Vinqler, Bloomberg-in xəbər redaksiyasının baş redaktoru

Cozef Zaker və Fərid Zəkəriyyə, CNN telekanalının müdiri və aparıcısı

Gideon Roz, Farin Eferz jurnalının baş redaktoru

Katerina Venden Hyuvel, Nation jurnalının baş redaktoru

Artur Salzberger, Cil Abramson və Tom Fridman, “Nyu-York Tayms”ın nəşriyyatçısı, icraçı müdiri və köşə yazarı

Andra Mişel, NBC Nyus telekanalının xarici işlər üzrə baş müxibir

Given Eyfel, BBS kanalının aparıcısı

Stefan Adler, Röyters xəbər agentliyinin müdiri və baş redaktoru

Nansi Gibz, Taym nəşriyyatının redaktoru

Martin Baron və Deyvid İqnatiyus, Vaşinqton Post qəzetinin katibi və köşə yazarı

Kris Valans

Wall Street Journal-ın müdiri

Kristian Sayns Monitor-un müdiri

Höccətülsilam Həsən Ruhani bu görüşdə deyib: Nüvə məsələsində İran və digər ölkələr arasında ayrıseçkilik olmamalıdır.
İran prezidenti təqribən 40 ölkənin uranın zənginləşdirilməsində potensial və real imkanlara malik olduğunu xatırladaraq, deyib: Biz də bu ölkələrdən biri kimi olmaq istəyirik.
Ruhani mövcud sanksiyaları ədalətsiz, qeyri-qanuni və qeyri-konstruktiv adlandırıb və deyib: Bu sanksiyalar İranın inkişafına zərər vurduğu kimi, sanksiyaları tətbiq edən tərəflərin o cümlədən İran ilə geniş iqtisadi əlaqələrə malik olan Avropanın iqtisadiyyatına da ciddi zərər və ziyanlar yetirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu