Almaniyanın Xarici İşlər Nazirliyi sözçüsünün müavini Atom Enerjisi Üzrə Beynəlxalq Agentliklə İran arasında imzalanmış razılaşmadan sevincini qeyd edib.
İRNA xəbər verir : Sebastian Fisher keçirdiyi mətbuat konfransında AEBA-nın baş direktoru Yukio Amanonun Tehran səfəri çərçivəsində agentliklə İran arasında əldə olunmuş razılaşmanı müsbət qarşılayaraq deyib : Bu anlaşma İranın nüvə məsələsinin həllinə kömək edə bilər.
Fisher habelə İran ilə agentliyin bu ölkənin nüvə obyektlərinə baxış keçirilməsi haqda razılığa gəlmələri haqda Almaniyanın tutduğu mövqeyinə işarə edərək deyib : Yukio Amanovun Tehrana səfəri və səfər çərçivəsində bu razılaşmanın əldə olunması məsələsinin nə qədər əhəmiyyətli olmasını göstərir.
Onun sözlərinə görə , İranla agentliklə danışıqlarında agentlik müfəttişlərinə lazımı şəffaflaşdırılması sahəsində önəmli irəliləyişlər əldə olunub.
Almaniyanın Xarici İşlər Nazirliyi sözçüsünün müavini bu ölkənin xarici işlər nazirinin 20 noyabr tarixində Cenevrəyə səfər proqramına da münasibət bildirib vəd deyib : Nəzərdə tutulmuş proqrama əsasən , növbəti görüş baş müdirlər səviyyəsində keçirilməlidir və baş verəcək digər hadisələri proqnozlaşdırmaq olmaz.