DünyaXƏBƏRLƏR

İƏT sionistlərin təcavüzü barədə aylıq hesabatını yayıb

İslam Əməkdaşlıq Təşkilatı ötən oktyabrda Sionist rejimin Qəzzə zolağına hücumlarının şiddətləndirilməsi barədə aylıq hesabatını təqdim edib.
Fələstinin Səma xəbər agentliyi qeyd edib: İslam Əməkdaşlıq Təşkilatının insan işləri üzrə idarəsi özünün aylıq hesabatında elan edib : Ötən oktyabr ayında Sionist rejim hərbçilərin Qəzzə zolağına qarşı təcavüzü hava hücumlarının şiddətləndirərək Xan Yunus şəhərində 4 fələstinlinin şəhid olmasına bir neçə nəfər günahsız insanın yaralanmasına səbəb olublar.
Bu hesabata əsasən, fələstinli vətəndaşların əkin sahəsi yaxınlığında olan Sionist rejim ordusunun hərbi qərargahlarında mərkəzləşmiş sionist əsgərlər də bu fasilədə fələstinli fermerlərin üstünə atəş hücumlarını şiddətləndirmişdilər. Hesabatın digər bir hissəsində qeyd olunub: Misir rəsmiləri də ötən oktyabrda 10 gün müddəti üçün Rəfəh keçid yolunu bağlayıb və yalnız bir neçə nəfərin gediş-gəlişinə imkan verilmişdir.
Hesabatda həmçinin Qəzzə zolağında elektrik çatışmazlığına və bunun bu məntəqədə həqiqi bir insan faciəsinin yaşanacağı barədə xəbərdarlıq mənasında olduğu bildirilmişdir.
İslam Əməkdaşlıq Təşkilatı habelə bu aylıq hesabatda Qəzzə zolağındakı fələstinli balıqçıların himayə edilməsinin vacibliyinə işarə edilərək onların qayıqlarına yanacaq maddələrinin çatdırılması istənilib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu