DünyaİranXƏBƏRLƏR

İƏT: Yaxın Şərqdəki gərginlikdən yalnız İsrail faydalanır

İslam Əməkdaşlıq Təşkilatının baş katibi deyir ki, Yaxın Şərq regionundakı gərginlik və de-stabil vəziyyətdən yalnız İsrail rejimi faydalanır.

Əkmələddin Ehsanoğlu İran İslam Respublikasının İslam Əməkdaşlıq Təşkilatındakı daimi nümayəndəsi və səfiri Həmidrza Dehqanla görüşdə regiondakı son proseslərdən kəskin nigaranlığını bildirib.

“İslam dünyasının vəziyyəti çox nigaranedicidir və bu vəziyyət heç bir islam ölkəsinin xeyrinə deyil. Yalnız və yalnız sionist rejim ondan faydalanır” –deyə İƏT baş katibi bildirib.

Görüşün davamında İƏT baş katibi İran prezident seçkilərində Həsən Ruhaninin qələbə çalmasını səmimi qarşılayaraq ümidvarlıq edib ki, onun hökumətində İran və İslam Əməkdaşlıq Təşkilatının münasibətləri daha çox möhkəmlənəcək və iki tərəfin əməkdaşlığı bütün sahələrə genişlənəcəkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu