FələstinLivanXƏBƏRLƏR

Həmas sülh müzakirələrinə yenidən başlamağı rədd etdi

Fələstin İslami Müqavimət Hərəkatı Həmas sionist rejimlə sülh müzakirələrinə yenidən başlamaq və Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın fələstinlilərin nümayəndəliyi üçün leqallığını rədd edib.

Həmas sözçüsü Sami Əbu Zəhri Mahmud Abbasın Fələstin xalqı tərəfindən əsaslı məsələlər barəsində müzakirə etmək üçün heç bir qanuniliyinin olmadığını bildirərək deyib: Həmas ABŞ dövlət katibi Con Kerri tərəfindən müzakirələrin yenidən başlanması ilə bağlı xəbərini rədd edir.

Həmas hökumətinin sözçüsü İham əl-Qəsin də bildirib ki, Fələstin xalqı rəhbərlik dövrü sona çatmış şəxsin onların nümayəndəsi olaraq müzakirə etməsini qəbul etmir.

Con Kerri regiona 6-cı səfərinin sonunda cümə günü bildirib: Fələstinlilərlə israillilər arasında sülh müzakirələrinin yenidən başlanması üçün razılıq əldə olunub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu