Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələrinin bu ölkənin müxtəlif məntəqələrində aksiyaçılara qarşı vəhşicəsinə hücumlarında onlarla nəfər yaralanıb.
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri bəhreynlilərin aksiyalarını yatırtmaq üçün parçalanan güllələrdən istifadə ediblər ki, nəticədə onlardan bir neçəsi yaralanıb.
Ali-Xəlifə rejimi ilə ən böyük müxalif olan Bəhreynin Milli Birlik Cəmiyyəti bildirib ki, bu rejimin təhlükəsizlik qüvvələrinin amilləri Kərəzkan və Əl-Malikiyyə məntəqələrində heç bir qanuni icazə olmadan əhalinin mənzillərinə soxulub və onları hədəfə alıblar ki, nəticədə onlarla nəfər yaralanıbdır.
Həmçinin Bəhreynin Milli Birlik Cəmiyyəti Ali-Xəlifə rejimi qüvvələrini əhalini qırmaq və daha çox bəhreynlini yaralamaq üçün öz silahlarından qəsdən istifadə etməkdə ittihamlandırıb.