DünyaXƏBƏRLƏR

ABŞ tarixində ən böyük iflas

ABŞ-ın Detroit şəhəri 18.5 milyard dollarlıq borc ilə, tam iflas ərəfəsindədir ki, bu da ABŞ tarixində bir hadisədir. Vəziyyət o qədər gərgindir ki, hətta, yolkənarı işıqlar belə söndürülüb.

Detroit şəhərinin iflasının elan olunması,bir daha dünya ictimaiyyətinin diqqətinin Birləşmiş Ştatlarda reallaşan tarixin ən böyük iflasına yönəlməsinə səbəb olub.

Bir zamanlar dünyanın ən iri maşınqayırma şəhəri olan Detroit hazırda dünyanın ən iri müflis şəhəridir.

Dövlət rəsmiləri şəhərin işıqlandırma sisteminin bərpa edilməsi üçün 210 milyon dollar yardımın ayrılması ilə razılaşıblar.
Məhkəmə tərəfindən şəhərin iflası xəbərinin təsdiq edilməsinin ardınca, şəhərdə normal yaşam şəraitinin bərpa edilməsi istiqamətində səylər davam edir.
Son məlumatlara görə, Detroit şəhərinin borclarının ümumi miqdarı 18.5 milyard dollara çatıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu