AzərbaycanDünyaİranXƏBƏRLƏR

İranın müdafiə nazirinin azərbaycanlı həmkarına müraciəti

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri çərşənbə axşamı günü Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov ilə görüşdə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın şifahi müraciətini ona çatdırıb.

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri öz müraciətində iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqların gücləndirilməsinə təkid etməklə yanaşı, azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Baş İdarəsindən verilən məlumata görə, bu görüşdə Qarabağ məntəqəsinin siyasi və hərbi vəziyyəti habelə, iki tərəf arasında əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu