
İranın xarici işlər naziri deyib: “ İranın Diplomatiya Aparatının öncədən düşünülmüş hazırlıqları ilə bu gündən İrana qarşı sanksiyaların tədricən aradan qaldırılmasının şahidi olacağıq”.
Əli Əkbər Salehi bu gün bazar günü müxbirlər toplusunda sonra deyib: “ Düşmən ötən il İrana qarşı iflicedici sanksiyaların nəzərdə tutulduğunu iddia edirdi, halbuki onların özlərinin etiraflarına görə İranda sanksiyaların təsirləri o qədər də təsirli olmayıbdır”.
İranın xarici işlər naziri sonra deyib: “ Əgər düşmən bizi sanksiyaya məruz etmək üçün 100 dollar xərcləyibsə, onun üçün 10 dollar belə faydası və nəticəsi olmayıbdır”.
İran iqtisadiyyatını günü-gündən öz içərisindən çiçəklənən və artan iqtisadiyyat adlandıran Əli Əkbər Salehi həmçinin belə əlavə edib: “ İran iqtisadiyyatı ixracat iqtisadiyyatı olan Almaniya iqtisadiyyatı kimi olmayıbdır və bizim iqtisadi mübadilələrimizin həcmi satınalma qüdrətinə əsasən təqribən bir trilyon dollardır”.
Xarici valyutanı əldə etmək bölməsində sanksiyaların təsirə malik olduğunu bildirən İranın Xarici Diplomatiya İdarəsinin sədri sonra deyib: “ İranın neft satışından olan gəliri təqribən 100 milyon dollardır ki, İran xalqının satınalma qüdrətinə əsasən olan bir trilyon dollarla müqayisədə maksimum 10 faizə şamil olur”.
Salehi İranın sanksiyaların əsas hissəsini təsirsizləşdirdiyini də qeyd edib.
“ İran ölkəsi qurudan və sudan 15 ölkə ilə qonşudur və belə bir ölkəni çətinliklə sanksiyaya məruz etmək olar” -deyə İranın xarici işlər naziri sözlərinə son verib.