AvropaFələstinXƏBƏRLƏR

Netanyahu: Sülh müzakirələrinə yenidən başlamaq İsrailin mənafeyi istiqamətindədir

Sionist rejimin baş naziri Benyamin Netanyahu deyib: Fələstinlilərlə sülh müzakirələrinə yenidən başlamaq İsrailin mənafeyi istiqamətindədir.

Fransa İnformasiya Agentliyinin Beytül-Müqəddəsdən verdiyi məlumata görə, Netanyahu şənbə günü bu açıqlamanı sionist rejimlə fələstinlilər arasında müzakirələrin yenidən başlanması ilə bağlı razılaşmanın əldə olunması xəbəri yayılmasından bir gün sonra verib.

ABŞ dövlət katibi Con Kerri cümə günü deyib: Sionist rejim və fələstinlilərin müzakirəçiləri yaxın gələcəkdə Vaşinqtonda görüşərək danışıqlar aparacaqlar.

Netanyahu bu məsələnin detallarına toxunmayıb ki, müzakirə tərəfləri ilkin danışıqlar ərəfəsində hansı məsələlər üzərində razılıq əldə etmişlər?

Sionist rejimlə Fələstin Özünüidarə Təşkilatı arasında təslimçi birbaşa müzakirələri 2010-cu ilin oktyabr ayında Vaşinqtonda başladıqdan 4 həftə sonra dayandırıldı. Bu müzakirələr sionist rejimin İordan çayının qərb sahilləri və Beytül-Müqəddəsin şərqində qəsəbə salma prosesini dayandırmaqdan çəkinməsindən sonra dayandırıldı.

Fələstin Özünüidarə Təşkilatının ABŞ-ın təzyiqləri, Avropa Birliyi xarici siyasət məsələləri üzrə koordinator Katrin Aşton və sionist rejimin müsbət qarşılaması ilə yeni dövr müzakirələrə başlamasına baxmayaraq, fələstinli qruplar, xüsusilə də Həmas, İslami Cihad və Fələstin uğrunda Xalq Cəbhəsi təslimçi müzakirələrinin yenidən başlanmasına qarşı çıxaraq bildiriblər ki, Fələstin xalqı barəsində əsaslı məsələlərlə əlaqədar Mahmud Abbasın müzakirə etmək üçün qanuniliyi yoxdur. Çünki onun Fələstin Özünüidarə Təşkilatına qanuni sədrliyi dövrü illərdir ki, sona çatıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu