İranXƏBƏRLƏR

Zəngənə: İranın neft istehsalı həcmi 4 milyon bareldən yuxarı çıxmalıdır

İranın neft naziri ölkənin neft istehsalı potensialını artıraraq, gündəlik istehsal həcmini 4 milyon barelə çatdırmaq niyyətində olduğunu bildirib.

Bişən Namdar Zəngənə Mehr xəbər agentliyi ilə müsahibədə İranın neft sənayesinin inkişafı istiqamətində özünün əsas proqramları haqda deyib: İranın energetika diplomatiyasının aktivləşdirilməsi və neft ixracatı həcminin artırılması məqsədilə xüsusi bir komissiya təşkil edəcəyəm.
Zəngənə ilk addımda İranın gündəlik neft istehsalı həcminin 4 milyon barelə qədər artırılmasını planlaşdırdığını və buna nail olmaq üçün bütün imkanlardan o cümlədən neft diplomatiyası, bacarıqlı yerli kadrlar və neft nazirliyinin imkanlarından istifadə edəcəyini bildirib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu