Nyu-Yorkda yaşayan bir qrup şiə Bəqi qəbiristanlığındakı pak qəbirlərin dağıdılmasının ildönümü günü ilə bir vaxtda BMT iqamətgahı önündə aksiya keçirib.
Nyu-Yorkda yaşayan şiələr cümə günü vəhhabilərin Bəqi müqəddəslərinin qəbirlərinin dağıdılması üzrə hərəkətərini pisləyən plakatlar daşıyaraq, BMT-dən və digər beynəlxalq orqanlardan, o sıradan BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı- UNESCO-dan istəyiblər ki, bu hörmətsizliyin davam etməsi qarşısında susmasınlar.
Nyu-York şiələrı həmçinin bəzi qərb dövlətlərinin suriyalı terrorçuları maliyyə, media və silah cəhətdən dəstəkləmələrinə etiraz edərək, BMT-nin baş katibi- Ban Ki Mundan istəyiblər ki, bu məsələyə reaksiya versin.
Bu şəxslərin etirazları habelə BMT-nin terrorçuların İslam Peyğəmbəri(s.ə.s)-in səhabələrinin Suriyadakı qəbirlərinin dağıdılması sahəsindəki hərəkətləri qarşısında susmasına yönəlmişdi.