Bir siyasi şərhçi Amerikanın Əfqanıstanı heç vaxt tərk etməyəcəyini bildirib.
Maykl Berenz PressTV ilə müsahibədə ABŞ-ın Əfqanıstanı tərk etməklə bağlı iddialarının gülünc olduğunu bildirərək, deyib: ABŞ-ın Əfqanıstandan çıxması qeyri mümkündür.
M.Berenz həmçinin deyib: ABŞ dövlətinin planı Əfqanıstanda qalmaq və həmişəlik olaraq bu ölkədəki iştirakını qorumaqdır.
O, Amerikanın Əfqanıstanı tərk etməsi üçün heç bir yolun olmadığını, daim bəhanə ardınca olacaqlarını bildirib və deyib: Onlar sonu Əfqanıstanı tərk etmək olan istənilən proqramı rədd edəcəklər.
Maykl Berenz həmçinin bildirib ki, Vaşinqtonun Əfqanıstanı tərk etməkdən boyun qaçırması İranı mühasirəyə almaq və Yaxın Şərqi nəzarət altında saxlamaq üçün regionda güclü iştiraka malik olmaq kimi daha böyük planın bir hissəsidir.
ABŞ-ın Əfqanıstandakı qüvvələrinin hazırkı komandanı general Cozef Danford Vaşinqtonun tezliklə Əfqanıstanda daimi iştirakla bağlı Kabil ilə anlaşmaya varacağını bildirib.