İranın neft nazirinin müavini ildə 30 milyard kubmetr qazın Avropaya nəqli üçün İran və Türkiyənin razılıq əldə etdiklərini bəyan edərək Çinə sülh boru kəmərinin uzanmasının mümkünlüyünü bildirib.
İranın 2-ci televiziya kanalında xüsusi xəbər buraxılışında İranın təbii qazının ixracat layihələrinin icrası ilə bağlı son vəziyyətinə İranın neft naziritoxunan Cavad Ouci deyib: İran dünyanın təbii qazının ən böyük ehtiyatına, 34 trilyon kubmetr qaza malik olaraq gələn bir neçə ilə qədər 200 milyon kubmetr ixracatı həyata keçirəcəkdir.
“Buna görə və müştərək qaz yataqlarının mövcud olmasına görə, strateji proqram tənzimlənib ki, onun icrası ilə Avropa ölkələrinin qazını təmin edəcəyik” –deyə Ouci bildirib.
İranın Milli Qaz Şirkətinin icraçı müdiri əlavə edib: Hal-hazırda İran təxminən 30 milyon kubmetr Türkiyəyə, 1,5-2,5 milyon kubmetr Ermənistan və Naxçıvana qaz ixrac edir.
Neft nazirinin müavininin sözlərinə görə, gündəlik təxminən 25 milyon kubmetr İran qazı İraqa ixrac olunur.
Ouci əlavə edib: İran və Pakistanın qaz müqaviləsinin həcmi 21,5 milyon kubmetrdir. Proqnoz olunur ki, bu həcm 30 milyon kubmetrə çatdırılsın.