Bir sionist qəzet yazıb ki, sionist rejimin Livan Hizbullahını Avropa Birliyinin terror siyahısında yerləşdirmək üzrə fəaliyyətləri on il bundan öncə başlanıb.
Sionist Məariyo qəzeti Avropa Birliyinin Livan Hizbullahının hərbi qolunun adını bu birliyin terror siyahısında yerləşdirmək üzrə son qərarına işarə edərək, yazıb ki, sionst rejimin bu istiqamətdəki səyləri on il bundan öncə başlanıb və Aviqdor Liberman çox qabaqlardan sionist rejimin Hizbullahın adını terror siyahısında yerləşdirmək üzrə diplomatik fəaliyyətlərinin hərtərəfli surətdə gücləndirilməsi göstərişini verib.
Bu qəzet sonra yazır: Əlbəttə, Hizbullahın Suriyada iştirakından sonra Təl-Əviv fürsəti fota verməyib, sionist rejimin daxili təhlükəsizlik şurası və casusluq aparatlarının nümayəndələrinə şamil olan özünün bir neçə nazirliyindən iş qrupları təsis edərək, ciddi surətdə bu məsələni izlədi.
Haarets sionist qəzet də dünən sionist rejimin müdaxilələri miqyası və bu rejimin Avropa Birliyinə təzyiq göstərməsini ifşa edərək yazıb ki, bu addım sionist rejimin İngiltərə, Amerika, Hollandiya və Kanada ilə yanaşı həyata keçirdiyi uzunmüddətli diplomatik, hüquq və kəşfiyyat hücumlarının nəticəsi idi.
Bu məlumata əsasən, Vaşinqton da şiddətli diplomatik təzyiqlər göstərib və ABŞ-ın dövlət katibi- Con Kerri son həftələrdə bu xüsusda avropalı yüksək səviyyəli rəsmilərlə dialoqlar həyata keçirib.