İranda 11-ci dövr prezident seçkiləri namizədlərinin təbliğat kampaniyasının 2-ci günündə müstəqil namizəd Səid Cəlili və İnkişaf Koalisiyasının namizədi Əli Əkbər Vilayəti və İslahatçıların namizədi Məhəmmədrza Arif öz platformalarını açıqlayıblar.
Dünən isə İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi Möhsün Rzayi və müstəqil namizəd olan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili öz seçki platformalarını açıqlamışdılar.
Seçki təbliğatları proqramının 2-ci günündə Səid Cəlili 1-ci telekanalda 30 dəqiqə müddətinə birbaşa olaraq çıxış edərək, öz seçki proqramını açıqlayacaq.
Həmçinin, Əli Əkbər Vilayəti 2-ci telekanalın xəbər buraxılışında iştirak edərək, iqtisadiyyat, mədəniyyət və siyasət sahələri ilə bağlı sualları cavablandıracaq.
Seçki təbliğatları proqramının 2-ci gününün sonunda Məhəmməd Arif öz platformasını açıqlayıb. Bu namizəd Came-Cəm telekanalının qonağı olaraq, xaricdə yaşayan iranlıların suallarını cavablandıracaq.
İran televiziyasının seçki təbliğatları ilə əlaqədar 2-ci günü arxada qoyduğu halda, namizədlərin radio üzərindən təbliğat proqramlarına sabahdan etibarən start veriləcək.
Xatırladaq ki, İran İslam Respublikasında 11-ci dövr prezident seçkilərində 8 namizəd rəqabət aparır. Bu namizədlər televiziya ilə yanaşı radio vasitəsilə də 7 təbliğat proqramına malik olacaqlar. Təbliğatlar seçkilərə bir gün qalmış başa çatacaq.