İranXƏBƏRLƏR

Ruhani İƏT-də islahatların aparılmasının vacibliyini vurğuladı

İran İslam Respublikası prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatında islahat addımlarının atılmasının vacibliyini vurğulayıb.

 

İran İslam Respublikasının prezidenti Həsən Ruhani çərşənbə axşamı günü Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 21-ci iclasının açılış mərasimində  İƏT-in öz fəaliyyətinin 3-cü onilliyində islahat addımlarına ehtiyaclı olduğunu qeyd edərək deyib: İƏT-də islahatlar hüquqi, struktur, proqram sahələrində və region və üzv ölkələrin ehtiyaclarına cavab vermək məqsədilə aparılmalıdır.

İran İslam Respublikasının region xalqlarının hüquqlarının gerçəkləşməsi üçün qarşılıqlı hörmətə əsaslanan strategiya ilə İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin gücləndirilməsini öz prioritetlərindən hesab etdiyinə toxunan Ruhani ümidvarlıq edib ki, növbəti islahatlar sayəsində üzv ölkələrin səadəti və rifahını təmin etmək məqsədilə regional geniş və dərin əməkdaşlıqlar həyata keçəcək.

İran prezidenti regional təşkilatlar çərçivəsində əməkdaşlığı inteqrasiyalar istiqamətində və beynəlxalq böhranlardan yaranan təlatümlərdən uzaq qalmaq üçün etibarlı yol adlandıraraq əlavə edib: İƏT region üçün böyük bir fürsət sayılır ki, onun üçün əvəzedici yoxdur.

İqtisadi Əməkdaşlıq Təşkilatının gələcəyi olan regional təşkilatlardan biri olduğunu bəyan edən Ruhani xatırladıb: Bu təşkilatın fəaliyyətinin 3-cü onilliyində bu təşkilatda əməkdaşlıqlar özünün ən yüksək səviyyəsinə çatmalıdır.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin 21-ci iclası çərşənbə axşamı günü Türkiyə, Qırğızıstan, Əfqanıstan, Azərbaycan Respublikası və İran xarici işlər nazirləri, Türkmənistanın iqtisad naziri, Pakistanın baş nazirinin müşaviri və Qazaxıstan xarici işlər nazirinin müavininin iştirakı ilə Tehranda işə başlayıb.

Bu iclasda Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov İƏT Regional Əməkdaşlıqlar Təşkilatının dövrü sədrliyini İran xarici işlər naziri Məhəmməd Cavad Zərifə təhvil verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu