SuriyaXƏBƏRLƏR

Ərəbistan generallarından birinin oğlu Suriyada öldürülüb

Ərəbistanın ali rütbəli generallarından birinin övladı Suriyada, suriyalı qüvvələr tərəfindən öldürülüb.

 

Ötən gün Suriyanın cənubunda Dəməşqin ətrafı və bu ölkənin şimalında Hələbdə Suriya ordusu ilə toqquşmada 40 ərəbistanlı öldürülüb. Bu Ərəbistan vətəndaşlarından biri “İraq və Şam İslam Dövləti” terrorçu qruplaşmasının yüksək rütbəli üzvü və Ərəbistan krallıq qvardiyasının zabitlər məsələləri üzrə məsul şəxsi Abdulla əl-Mütləqin oğlu Mütləq əl-Mütləqdir.

Bu ərəbistan vətəndaşı, digər yüzlərlə vəhhabi ilə birlikdə Dəməşqin ətrafında şərqi əl-Qutə məntəqəsini Suriya ordusu qüvvələrinin nəzarətindən çıxarmağa cəhd edirmişlər. Lakin Suriya ordusu ilə toqquşmada həlak olublar.

Digər tərəfdən əldə olunan məlumata görə, Livan parlamentində əl-Müstəqbəl partiyasının deputatı Muin əl-Mərəbinin qardaşı Fəvaz əl-Mərəbi Dəməşqin ətrafında Qələmun məntəqəsində suriyalı qüvvələrlə toqquşmada həlak olub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu