İranXƏBƏRLƏR

Bəsic Təşkilatının yaradılmasının ildönümü günü

Bu gün, iki min on üçüncü il noyabrın iyirmi altısı, İran İslam Respublikasının banisi- İmam Xomeyni(r.ə.)-in fərmanı ilə müstəzəflər bəsici təşkilinin ildönümü günüdür.

 
İslam İnqilabının qələbəsindən və dünyanın zalım qüvvələrinin əlləri və İrandakı maraqlarının kəsilməsindən sonra düşmənlərin İrana qarşı fitnələri günbəgün genişləndi. Belə bir şəraitdə İmam Xomeyni(r.ə.) 1979-cu il noyabrın 26-da Bəsicin təşkili barədə bir fərman verdilər.
İmam Xomeyni(r.ə.) bu fərmanda buyurublar: 20 milyonluq gənci olan bir ölkə 20 milyonluq orduya malik olmalıdır.
Hələ İmam Xomeyni(r.ə.)-in fərmanından bir il ötməmişdi ki, İraqın BƏƏS rejimi yenicə qurulmuş islami quruluşu devirmək məqsədi və dünya imperializminin dəstəyi ilə İrana qarşı hərtərəfli hərbi hücuma keçdi.
Belə bir şəraitdə iranlı gənclər könüllü surətdə və bəsic qurumları formasında İraqın İrana qarşı müharibəsi cəbhələrinə getdilər və səkkiz il müqəddəs müdafiə boyu öz canlarını fəda edərək, yenicə zəfər çalmış İslam İnqilabını yaşatdılar.
Həmin gün münasibəti ilə çərşənbə axşamı günü bütün islami İranda xalqın bütün təbəqələrindən olan müxtəlif bəsic batalyonları geniş toplanışlar keçirərək, bir daha islami İranı hərtərəfli şəkildə müdafiəyə və İslam Respublikasının irəliləyişi yolunu davam etdirməyə hazır olduqlarını elan edir  və İslam İnqilabının amalları ilə öz əhd-peymanlarını təzələyirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu