Bəhreynin bir qrup qəsəbə və kəndinin əhalisi Ali-Xəlifə rejiminə qarşı aksiya keçirərək, özünün qanuni tələblərinin reallaşması vacibliyini vurğulayıb.
Bu aksiya Bəhreyndə 14 Fevral Gənclər Koalisiyasının çağırışı ilə keçirilib.
Aksiyaçılar şinləri yandıraraq, bir neçə küçəni bağlayıblar ki, bu məsələ küçələrin izdihamlı olmasına səbəb olub və təhlükəsizlik qüvvələri də bu kəndlərin girəcəklərindəki iştiraklarını gücləndiriblər.
Təhlükəsizlik qüvvələri sonra məsələyə müdaxilə və odlu silahdan istifadə edərək, aksiyaçıları dağıtmağa çalışıblar ki, bu da atəşin açılması nəticəsində bir neçə nəfərin yaralanmasına səbəb olub.
Həmçinin Bəhreyn rejiminin qüvvələri əlli evə basqın edərək, on yeddi nəfəri həbs ediblər.
Bəhreyn rejimi Səudiyyə rejimi qüvvələri ilə əlbir olaraq, aksiyaçıları indiyədək şiddətli tərzdə yatırdıbdır.