
XƏBƏRLƏR
Mursi Port Səidə qoşun yeridir
Misir prezidenti bu ölkənin şərqində yerləşən Port Səid şəhərində polis yerinə ordu qüvvələri yerləşdirmək niyyətindədir.
Məhəmməd Mursi ötən günlərdə Misir təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında kəskin toqquşmaların şahidi olan Port Səid şəhərində ordu qüvvələrini yerləşdirmək niyyətindədir.
Mursi Cəza Məhkəməsi tərəfindən Port Səid stadionunda kütləvi qırğın məsələsi barəsində yekun qərar verilməzdən öncə bu qərarı icra etmək istəyir.
Port Səid şəhəri bazar günü Misir polis qüvvələri ilə etirazçılar arasında toqquşma meydanı olmuşdur və bu toqquşmalarda 2-si polis olmaqla ən azı 5 nəfər həlak olub.