AfrikaXƏBƏRLƏR

Ötən 2 gündə Misirdə 10 jurnalist ölüb və yaralanıb

Sərhədsiz Reportyorlar Təşkilatı 14 avqustda Misirdə gedən toqquşmalar zamanı 3 jurnalistin öldürüldüyünü bildirib.

Jurnalistlərin hüquqlarını müdafiə edən bu təşkilat həmçinin bir bəyana yayaraq, bildirib ki, Misirdə hərbi çevriliş yolu ilə hakimiyyətdən kənarlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında çıxan toqquşmada bir neçə jurnalist də yaralanıb.
Bu məlumata görə, Amerikada çıxan Hafinqton Post qəzeti əl-Cəzirə telekanalın operatorunun Twitter səhifəsinə istinadla bildirib: Jurnalistlərə tərəf atəş zirehli maşınlar tərəfindən açılıb. Və hərbçilər bilərəkdən jurnalistləri hədəfə alıblar.
Sərhədsiz Reportyorlar Təşkilatı daha sonra Misirdə təhlükəsizlik qüvvələrinin jurnalistləri bilərəkdən hədəfə aldıqlarını elan edərək, jurnalistləri öz həyatlarını qorumaq üçün diqqətli olmağa çağırıb. Bu hesabatın davamında bildirilir ki, Misirin təhlükəsizlik qüvvələri jurnalistlər və fotoreportyorları həbs etməklə baş verənlərin mediada işıqlandırılmasının qarşısını almağa çalışırlar. Buna görə də həm təhlükəsizlik qüvvələri, həm də Müsəlman Qardaşlarının tərəfdarları jurnalistlər və fotoreportyorların təchizatlarını əllərindən almağa çalışırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu