Azərbaycanda Beynəlxalq Qüds Günü tədbirləri keçirilir.
Azərbaycan İslam Partiyasının bir qrup üzvü də səhər saatlarında “Qüds, Qarabağ azad olsun, işğalçılar məhv olsun!” şüarı ilə Şəhidlər Xiyabanını ziyarət etdilər.
Ziyarətin sonunda çıxış edən AİP-in sədr müavini İnqilab Əhədli bildirdi ki, bu cür tədbirlərin Azərbaycanda keçirilməsi züsusilə vacibdir: “Ona görə vacinbdir ki, bizim Qarabağ torpaqlarımız işğal altındadır. Və bu torpaqlar Qüdsün işğalını davam etdirən beynəlxalq sionizmin əlaltısı Ermənistan tərəfin zəbt olunub. Bizim də bura toplaşmağımıza səbəb odur ki, torpaqlarımız uğrunda şəhid olanların ruhu qarşısında öz vicdanımızın azadlığını göstərək. Göstərmək istəyirik ki, baxmayaraq ki, siz şəhid olmusunuz, amma bilin ki, Azərbaycan islamçıları, müsəlman xalqımız oyaqdır, vətəninə dayaqdır. Sizin qanınızı almaq üçün, torpaqlarımızı almaq üçün canımızdan keçməyə hazırıq. Bu torpaqlar bizim mənəvi dəyərimiz olduğu kimi, həm də milli dəyərimizdir.”