
Fransanın başçılığı ilə Malidə gedən müharibənin davamında ölkənin şimal məntəqələrində 50 yaraqlı həlak olub.
Bir hərbi mənbə bu xüsusda deyib: Cümə günə başlanmış toqquşmalarda indiyə kimi 50 yaraqlı həlak olub. Bu barədə azeri.sahartv.ir xəbər verir. Bazar günü baş vermiş toqquşmalarda həmçinin bir fransız hərbçi də həlak olub. Beləliklə Fransa ordusunun Malidəki tələfatı 3 nəfərə çatıb.
Fransa yanvarın 11-də ölkənin şimalına nəzarəti ələ keçirmiş yaraqlıların paytaxta doğru irəliləməsinin qarşısını almaq bəhanəsi ilə Maliyə hərbi qüvvə yeridib.
Amerika, Kanada, İngiltərə, Belçika, Almaniya və Danimarka Fransanın Maliyə hərbi müdaxiləsini himayə edən ölkələrdirlər.
Fransanın rəhbərliyi ilə Malidə aparılan müharibə bu ölkədə bir sıra ciddi problemlərin yaranmasına səbəb olub və minlərlə nəfər didərgin düşüb.
Bəzi siyasi təhlilçilər belə inanırlar ki, Malinin zəngin təbii sərvətləri o cümlədən qızıl və uran yataqları Fransanın bu ölkəyə qoşun yeritməsinin başlıca səbəbidir.