SuriyaXƏBƏRLƏR

Suriyada 6 mln. barrel neft oğurlanıb

Suriyanın iqtisadiyyat nazirinin müavini bu ölkədə yaraqlı terrorçular tərəfindən altı milyon barrel xam neftin oğurlanmasından xəbər verib.

ABŞ, sionist rejim, Türkiyə, Qətər və Ərəbistanın dəstək verdikləri və hərbi və siyasi sahələrdə uğursuzluqlara düçar olmuş yaraqlı qruplar hazırda Suriyanın iqtisadiyyatına zərbə vurmaq məqsədi ilə bu ölkənin infrastrukturlarını dağıtmağa əl ataraq, meydana giriblər.
Suriyanın iqtisadiyyat nazirinin müavini vurğulayıb: Yaraqlı qruplar Suriyanın iqtisadiyyatını zəiflətməyə neft resurslarına əl atmaqla başlayıblar və indiyədək altı milyon barrelə yaxın nefti oğurlayıb, neftin hər barrelini on dollara satıblar ki, bu oğurluqlar dövlətə bir trilyon iki yüz milyard lirə zərər vurubdur. Yaraqlı qruplar həmçinin qədim üsullarla neft çıxarırlar ki, bu məsələ ekologiyaya ziyan vurur.
Hiyan Salman vurğulayıb: Yaraqlı qruplar habelə buğda oğurlayırlar ki, bu məsələ tarixdə misli görünməmiş bir hadisədir; əlbəttə, təkcə osmanlılar 1865-ci ildə Suriyanın buğdasını oğurladılar və hazırda Türkiyənin baş naziri- Rəcəb Tayyıp Ərdoğan və onun tərəfdarları bu macəranı təkrarlamaqdadırlar.
O, əlavə edib: Yaraqlı qruplar zeytun ağaclarını kəsir, pambıqatma obyektlərini odlayır, pambıq və taxıl məhsullarını yandırırlar. Bütün bu təxribatlar Suriya dövlətini zəiflətmək üçündür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu