Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmasının uzanmasında Rusiyanın hakimiyyət orqanlarının da maraqlı ola bilərmi?
Rüstəm İbrahimbəyov Virtual saytının sualına cavabda bildirib ki, vətəndaşlıqdan çıxmaqla bağlı müraciət Rusiyanın Vətəndaşlıq Məsələləri üzrə Komissiyasının müvafiq qərarından sonra baxılıb təsdiqlənmək üçün Rusiya prezidentinə göndərilir. Burada isə siyasi iradə amili var.
O əlavə edib : “Söz yox, mənim bu müraciətimi rədd edə bilməzlər, amma burada söhbət müddət məsələsindən, onun uzadılmasından gedir.”
Rüstəm İbrahimbəyov əlavə edib : “Milli Şuranın öz vahid namizədinin olub-olmamasından asılı olmayaraq heç kim digər partiyaların, ittifaq və birliklərin öz namizədini irəli sürməsinə mane ola bilməz. Ona görə də mənim fikrimcə, əgər mənim namizədliyimi qeydə almasalar, müxalifət nümayəndələrini seçkilərdə iştirak etmək hüququndan məhrum etmək olmaz.”