AsyaDünyaİranXƏBƏRLƏR

“İrana qarşı sanksiyaların ləğvini istəyirik”

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri cümə günü Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik məsələlərinin araşdırılması üzrə konfransda İran İslam Respublikasının əsas beynəlxalq təhlükəsizlik məsələləri qarşısındakı müdafiə doktrinasını açıqlayıb.

General-mayor Hüseyn Dehqan İran silahlı qüvvələrinin İranın 5+1 qrupu ilə nüvə danışıqlarının davam etdirilməsini dəstəklədiyini bildirərək deyib: İranın müdafiə strategiyası hücuma yer olmayan dost ölkələrlə faydalı münasibətlərə arxalanmaqdır. Lakin təcavüzkarların qüdrətlə və şübhəsiz şəkildə məhv edilməsi mütləq yerinə yetiriləcəkdir.

İranın müdafiə nazirinin sözlərinə görə, İranın müdafiə doktrinası İslam İnqilabının Böyük rəhbərinin fitvasına əsasən kütləvi qırğın silahları, istər atom, istərsə də kimyəvi silahlarından istifadəni haram və rədd olunmuş hesab edir. Lakin müdafiə qüdrəti silahlarla təchiz olunan və İrana təcavüz etmək qəsdində olan hər bir təcavüzkar qarşısında təsirli önləyici yaratmaq üçün normal silahlara arxalanmışdır. Bu isə şübhə edilməyəcək bir prioritetdir.

“Hazırda terrorizm Amerika və müttəfiqlərinin strateji yanlışlıqları və maliyyə və silah dəstəklərinə görə, dünya üçün ciddi təhdidə çevrilmişdir. Buna görə, bu fenomenlə mübarizə bütün ölkələrin vəzifəsidir” –deyə Dehqan bildirib.

General-mayor Dehqan İranın Amerika və müttəfiqlərinin digər ölkələrdəki müdaxilələrinə və qanuni hökumətləri devirmək və istiqlaliyyət sevər ölkələrin təcridi üçün söz azadlığı, təhlükəsizlik və demokratiya terminlərindən sui-istifadə etmələrinə qarşı olduğunu vurğulayıb.

İranın müdafiə naziri bildirib: İran həmçinin Misir, Ukrayna, Suriya və dünyanın bəzi digər ölkələrində baş verdiyi kimi siyasi azadlıqların repressiyası üçün müstəbidlik üsullarından istifadəni də pisləyir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu