İranın müdafiə nazirinin hüzurunda Qədr, Qiyam, Fateh, Xəlic Fars, raketləri eləcə də Mersad adlı havadan müdafiə sistemi Sepahın hava kosmik və Xatəmül Ənbiya (s) havadan müdafiə qərargahına təhvil verilib.
İranın müdafiə naziri Hüseyn Dehqan bu raket təchizatları və havadan müdafiə sistemlərinin təhvili mərasimində jurnalistlər qarşısında bəyan edib: Müdafiə və silahlı qüvvələrə dəstək nazirliyinin qeyrətli, himməti mühəndislərinin təsirli preventiv qüdrətinin möhkəmləndirilməsi eləcə də silahlı qüvvələrin gücləndirilməsində misli görünməmiş səyləri davam etməkdədir.
General-mayor Hüseyn Dehqan əlavə olaraq deyib: İranın hava kosmik təşkilatının mühəndisləri Qədr, Qiyam, Fateh 110, Fars Körfəzi növlü Balestik raketləri silahlı qüvvələrə təhvil verməklə eləcə də Mersad adlı havadan müdafiə sisteminin müasirləşmiş təchizatlarını təmin etməklə öz qüdrətini bir daha nümayiş etdirdi. Onun sözlərinə görə Qərb tərəfindən İrana qarşı qoyulan hərtərəfli sanksiyalar, İranın Müdafiə Nazirliyi kadrlarının iradəsinə zərrə qədər belə təsir göstərə bilməmişdir.