SuriyaXƏBƏRLƏR

Müdafiə naziri: Bizə əsas qonşulardır

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri deyib: Bizim siyasi quruluşumuz etiqadi bir məktəbə söykənir və İranın xarici siyasət doktrinasında digər ölkələrə qarşı təhdid yoxdur.

General-polkovnik Hüseyn Dehqan İranın 1-ci telekanalı ilə müsahibədə İranın kosmonavtika texnologiyasına malik ölkələr sırasında yer aldığına işarə edərək, deyib: Sanksiyalar və məhdudiyyətlər bizə müxtəlif növlü raketlərin düzəldilməsində heç bir məhdudiyyət yarada bilmir və biz raket düzəltmək üzrə dünyanın ən üstün ölkələri sırasında yer alırıq.

O, İranın malik olduğu hər şeyin müdafiə xarakterli olduğunu vurğulayaraq, əlavə edib: Əgər axmaqlıq edib də əlkəmizə təcavüz etmək fikrinə düşən olarsa, cavabımız önləyici olacaq.

İranın müdafiə naziri daha sonra deyib: İstənilən münasibətdə bizim üçün öncüllük təşkil edən qonşu ölkələr, daha sonra islam ölkələri və sonda digər ölkələrdir.

Hüseyn Dehqan əlavə edib: Regionda təhlükəsizliyin ən mühüm dayağı İran İslam Respublikasıdır. Və İranofobiya siyasətinin kökündə də əcnəbilərin regiondakı qeyri-qanuni iştirakı və region ölkələrinə silah satmaq məqsədi dayanır.

İranın müdafiə naziri əcnəbi qüvvələrin iştirakının region ölkələri üçün əlavə xərclərə səbəb olmasından başqa heç bir xeyri olmadığını deyərək, təhlükəsizliyin təmin edilməsi üçün ən layiqli yolun elə region ölkələrinin özləri olduğunu bildirib.

Hüseyn Dehqan “S-300” raket sisteminin alışı istiqamətində Rusiya ilə imzalanmış müqavilənin taleyi barəsində də deyib: Biz Rusiya rəsmilərindən soruşuruq necə olur ki, super güc sayılan bir dövlət hüquqi bir müqavilə barəsində qərar qəbul edə bilmir?
İranın müdafiə naziri daha sonra deyib: Ən ağıllı yol odur ki, ruslar özlərinə inansınlar, ABŞ-ın siyasətlərini izləməkdən çəkinsinlər və imzaladıqları müqaviləni yerinə yetirsinlər.

H.Dehqan regionda və regiondan kənarda cərəyan edən bütün hadisələrin yaxından izlənildiyini deyərək, vurğulayıb: İstənilən təhdidin qarşısnı almq imkanımız var.

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri daha sonra ABŞ-ın Suriyaya hücum planına maliyyə, siyasi, təbliğat və döyüşçü qüvvəsi ilə dəstək verən ölkələrin öz gələcəkləri ilə bağlı nigaran olmalı olduqlarını da deyib.

Dehqan ABŞ-ın Suriyaya qurudan hücum etmək və Əsəd hökumətini devirmək üçün bu ölkəni işğal etmək iqtidarında olmadığını deyərək, hava hücumlarının da Suriya hökumətini devirə bilməyəcəyini deyib.

İranın müdafiə naziri sonda deyib: Bizim Suriyanı himayə etməyimizin başlıca səbəbi bu ölkənin müqavimət cəbhəsini və Fələstini müdafiə etməsinə görədir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Göz Atın
Kapalı
Başa dön tuşu