3 trilyonluq korrupsiya işinin əsas müttəhimi bu gün səhər tezdən Tehranın Evin zindanı məkanında iri korrupsiya və rüşvətvermə ittihamı ilə dar ağacından asılıb.
IRIB-nin məlumatına görə, Tehranın ümumi və inqilab prokuroru- Abbas Cəfəri-Dövlətabadi bu qrup üzvlərinin ittihamlarına baxılması iclasında cinayət işini açıqlayaraq, belə demişdi: “Arya” investisiya şirkətinin əsas sahibləri, İranın şimalında mülk sahiblərindən olan Mənsurxan Əmir Xosrəvinin dörd oğlan övladı qeyri-düzgün əlaqələr və rüşvət verməklə “Əmir Mənsur Arya İnvestisiya İnkişafı” adında bir şirkət təsis etdi.
Bu qrup son bir neçə ildə “Meh Afərid”in rəhbərliyi ilə mürəkkəb və mütəşəkkil korrupsiya, qeyri-düzgün əlaqələr və iri rüşvətlər vermə və ya başqa adlar altında olan ödənişlərlə bir neçə trilyonluq qanunsuz sərvət əldə edib. İnqilab Məhkəməsində bu işə baxılandan sonra bu işin dörd əsas müttəhimi edama məhkum olundu ki, onların cəza hökmü ölkənin Ali Məhkəməsində təsdiq edildi.
Tehran Ümumi və İnqilab Məhkəmə Təşkilatının informasiya portalı bu gün səhər bildirib ki, məhbus Meh Afərid Mənsur oğlu Əmir Xosrəviyə qarşı çıxarılmış edam hökmü şənbə günü 2014-cü il mayın 24-də səhər tezdən Evin zindanı məkanında icra olunub.
O, rüşvət vermə, çirkli pulyumada iştirak, milyardlarla tümən qanunsuz məbləğlər alma, korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadi quruluşuna xələl gətirməkdə iştirak etmək yolu ilə əfsadfilərz cəhətdən edama məhkum edilib və çıxarılmış hökm ölkənin Ali Məhkəməsində təsdiq olunmuşdu.